Xidmətlər
-
Biznesin inkişaf proqramları
Biznesinizde olan proqram əksikliyinin aradan qaldırılmasını bizə etibar edin. Biznesinizi analiz edib, biznesinizə uyğun proqram teminatını tərtib edib sizə təhvil verəciyik. (daim servis göstərməklə proqram təminatının təsirinin daim gəlir gətirməsi bizim də marağımızdadı) Buxalteriyanız, satişınız, reklamınız bizim sayəmizdə tam olarag nəzarətiniz altinda olacag. Ödəniş müddətə uyğun və hissə-hissə də ola biler.
-
Cisco qurğular
Cisco avadanlıqlarından ibarət şəbəkələrin qurulması. Baş ofis və filialların rabitə əlaqəsinin təmin və təmir edilməsi. Cisco avadanlıqlarında yaranan texniki və İOS problemlərin aradan qaldırılması, hissələrin dəyişdirilməsi və təmiri.
-
Tibbi avadanlıqların təmiri və proqram təminatının sazlanması
Laborator avadanlıqların təmiri, sazlanması, ehtiyat hissələrinin dəyişdirilməsi, kalibrasiyası, təmizlənməsi və proqram təminatı. Tibbdə istifadə olunan Radiologiya, Anestezologiya və Reanimasiya, Mamalıq və Ginekologiya, Oftalmologiya, Cərrahiyyə avadanlıqların peşakar mühəndislərimiz tərəfindən təmiri (elektonik və proqram təminati).
-
Server Quraşdırılma
Active Directory – başqa sözlə Mərkəzi İdarəetmə Sistemi. Active Directory vasitəsi ilə şəbəkədə olan bütün obyektlarə (istifadəçi, kompüter, printer, fayl, qovluq və s.) vahid mərkəzdən həm nəzarət etmək həmdə bu obyekləri idarə etmək mümkündür.
File Server – böyük həcmdə yaddaşa malik və fayl əməliyyatlarının (faylların yazılmazı/oxunması) icrası üçün nəzərdə tutulmuş serverdir. Fayl Serverin əsas işi bütün formatda olan (doc, xls, mp3, jpg, pdf və s.) faylları saxlamaq və onların təhlükəsizliyini təmin etməkdir. İri şəbəkələrdə fayl server xüsusi “şəbəkə əməliyyat sistemi ” vasitəsi ilə idarə olunur.
Proxy (vasitəçi) Server - internet çıxışının nəzarətdə saxlanılması ücün istifadə olunur.
Mail server - Şirkətinizin email vasitəsi ilə digər şirkətlərlə öz domain adınızdan yazmağınızı təmin edir. -
İP telefoniya
- Şəbəkənin sxematik planının hazırlanması sifarişçinin mövcud kompüter şəbəkəsinə AUDİT
- İstifadə olunacaq avadanlıqların sayının , növünün və digər xərclərin dəqiqləşdirilməsi təklifin (smetanın) sifarişçiyə çatdırılması
- Sifarişçi avadanlıqların tam , xidmətin qismən ödənişin etdikdən sonra
- Telefoniya sisteminin quraşdırılması və təhvil verilməsi
- İstifadəçilərin təlimatlandırılması
-
Mini ATS və Call Center
Mini ATS-in quraşdırılması və proqramlaşdırılması - şəhər nömrələrinin çatışmamazlığı və təşkilata daxil olan zənglərin emalı ilə bağlı bir sıra problemləri həll etməyə və müştəri xidmətlərini təkminləşdirməyə imkan yaradır. Müasir Mini ATC -lərinin sayəsində, dünyanınn istənilən ölkəsində yerləşən müştərilərlə təcili əlaqə yaratmaq üçün tam funksional “CALL CENTER” yaratmaq mümkündür. Ofis ATS-i həmçinin təşkilatın əməkdaşları arasında etibarlı daxili kommunikasiyanı təmin edir.
-
Barkodla satış sistemi
Satışların və anbar hesabının avtomatlaşdırması üçün proqramdır. Bir neçə anbarda malların hesabı, ödənişlərin izlənilməsi, maaşların əlavə edilməsi, qiymət cədvəllərinin çapı, preyskurantlarla iş, hesabatlar və şablonlar üzrə sənədlərin generasiyası. Proqramın interfeysi unifikasiya edilmişdir və asanlıqla qurulur. Çeşidləmə, filtrasiya, cədvəlin istənilən sahəsi üzrə axtarış, göndərilmənin, xatırlatmanın, ixracın və bunların idxalının e-mail-i və başqaları mövcuddur.